Qurban və Ramazan bayramlarının TARİXİ AÇIQLANDI
30 dekabr 2021 21:14 (UTC +04:00)

Qurban və Ramazan bayramlarının TARİXİ AÇIQLANDI

2022-ci il üzrə Qurban bayramının tarixi açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin 2022-ci il üzrə Miladi təqvimlə bağlı paylaşımında qeyd edilib.

Bildirilib ki, gələn il Qurban bayramı iyulun 9-10-na təsadüf edəcək.

Gələn il Ramazan ayı isə aprel ayının 2-də başlayacaq. Qədr gecələri aprelin 19, 21, 23 və 27-nə təsadüf edəcək. Ramazan bayramı isə mayın 2-3-də olacaq.

# 3891
avatar

Oxşar yazılar