Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Bayram tədbirində çıxış edən komandir heyəti hərbi qulluqçulara bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərinin çatdırıb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıblar.
Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.
Bayram mərasimi şəxsi heytin şəhərdə təntənəli keçidi ilə sona çatıb.

Qurban bayramı Şuşa şəhərində təntənə ilə qeyd olundu -FOTO-VİDEO
Qurban bayramı Şuşa şəhərində təntənə ilə qeyd olunub
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33