Qısa yubka, küçədə öpüşmək, uzun saç: Bu dövlət niyə anormal qadağalar qoymuşdu?
30 noyabr 2021 20:15 (UTC +04:00)

Qısa yubka, küçədə öpüşmək, uzun saç: Bu dövlət niyə anormal qadağalar qoymuşdu?

Gələn ay dünyanın ən böyük imperiyalarından olan SSRİ-nin süqutunun 30 ili tamam olacaq.

Lent.az-ın məlumatına görə, elə bu ərəfədə Rusiyadan olan həmkarlarımız SSRİ tarixində ən populyar qadağaların siyahısını hazırlayıblar.

Xarici ölkələrə sərbəst şəkildə gedib-gəlmək 

Sizə qəribə gəlməsin. Sovetlər dönəmində bu mümkün deyildi. Nəinki getmək, otel bron etmək, təyyarə bileti almaq belə. Bunun üçün xüsusi icazə lazım idi. 

Hakimiyyəti tənqid etmək 

Nəinki sovet hakimiyyətini, sovet insanının həyat tərzini belə tənqid etmək yasaqlanmışdı. Bu, cinayət sayılırdı. 

Uzun saç saxlamaq 

Sovet vaxtı bəzi istisnaları çıxsaq, gənclərə uzun saç saxlamaq qeyri-rəsmi qadağan edilmişdi. Düzdür, bunun üçün cəza yox idi, amma təhsil aldığı, həm də işlədiyi yerdə ciddi problemlərlə üzləşə bilərdi. 

Valyuta alveri 

Sovet vaxtı valyuta dəyişmə məntəqələri yox idi. Hər hansı valyutanı da alıb-satmaq mümkün deyildi. Belə hal cinayət məsuliyyəti yaradırdı. 

Əmlak alqı-satqısı 

SSRİ-də sərbəst şəkildə mənzil və ya bağ almaq, ya satmaq ənənəsi olmayıb. Amma hansısa kooperativə daxil olub aylıq ödəmələrlə mənzil sahibi olmaq mümkün idi. 

Yaşayış yeri qeydiyyatının ciddiliyi 

SSRİ-də arzu etdiyin yerə yaşayış qeydiyyatına düşmək mümkün deyildi. 

Karateyə qadağa 

Karate SSRİ-də 1960-cı illərin əvvəllərindən populyarlaşıb. Bu idman növünə kütləvi maraq karate dərnəklərinin yaranmasına səbəb olub.
SSRİ-də karateyə qoyulmuş qadağalar yalnız 1989-cu ildə götürülüb. 

Dini atributlar 

 SSRİ ateist dövlət olub. Dini mərasimlər qəti yolverilməz idi. 

Kitab qadağası 

SSRİ-də kitab nəşri sərbəst deyildi. Qadağan olunmuş kitablar vardı. Məsələn, Corc Oruelin “Heyvanıstan, Sojenistinin, “Arxipelaq QULAQ”,  Mixail Bulqakovun bir sıra əsərləri və digər ədəbiyyat nümunələri qadağan idi. 

Öpüş qadağası 

Təbii ki ictimai yerlərdə öpüşmək rəsmən qadağan deyildi. Necə deyərlər, küçədə, nəqliyyatda öpüşənlər ciddi qınağa məruz qalırdılar. Hətta milis irad da bildirirdi. Amma əl-ələ tutub gəzməyə pis baxılmırdı. 

Qısa yubka 

SSRİ-də qısa yubka geyilirdi. Amma qeyri-rəsmi xüsusi standartlar vardı.

# 4596
avatar

Səbuhi Sədəf

Oxşar yazılar