Qəzaların əsas səbəblərindən biri - PİYADA İŞİQFORLARI  – Nəzarət necədir?
13 iyul 2021 16:29 (UTC +04:00)

Qəzaların əsas səbəblərindən biri - PİYADA İŞİQFORLARINəzarət necədir?

Bakıda nəqliyyatın əsas problemlərindən biri piyadaların hərəkət təhlükəsizliyidir. Piyada ölümü ilə nəticələnən qəzaların statistikası və baş vermə səbəbi problemin təhlükəsizliklə əlaqədar olduğunu, şəhərin bəzi küçələrində infrastrukturun piyadalara yönəlik olmadığını göstərir.

Bəs görək, paytaxt yollarında əsas hərəkət iştirakçılarından olan piyadaların təhlükəsizliyi üçün hansı tədbirlər görülür?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a bildirib ki, bu günə qədər şəhər ərazisində 88 yeni işıqfor quraşdırılıb:

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev

“Piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin təmin olunması ən vacib məsələlərdən biridir. Son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Piyadalar üçün işıqforların quraşdırılmasına gəlincə isə bildirim ki, Bakı şəhərində 107 məntəqədə mövcud işıqforlara 730 piyada seksiyaları quraşdırılıb. 15 məntəqədə işıqforlar 102 səs siqnalları ilə təchiz edilib. 14 məntəqədə isə piyadalar üçün 88 yeni işıqfor quraşdırılıb. Bu işlər davam etməkdədir. Həm təhlillərimiz həm də vətəndaş müraciətləri nəzərə alınmaqla digər yerlərdə də analoji işlər görülməkdədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5025
avatar

Mehman Nəbiyev

Oxşar yazılar