Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA
07 dekabr 2022 13:45 (UTC +04:00)

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 7-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Qar örtüyünün hündürlüyü: Daşkəsəndə 13 sm, Altıağacda 11 sm, Şəkidə 7 sm, Qaxda 6 sm, Lerikdə 4 sm, Xaltan, Qrızda 2 sm, Şamaxı, Quba, Yardımlıda 1 sm olub.

Düşən yağıntının miqdarı: Lənkəranda 13.0 mm, Neftçalada 12.0 mm, Göytəpə, Astarada 6.0 mm, Tovuz, Lerik, Xaçmaz, Ağstafa, Quba, Şabran, Biləsuvar, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, Qobustan, Tərtər, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Yardımlı, Kəlvəzdə 4.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Bakı, Binə, Pirallahıda 1.0 mm-dək olub.

Havanın temperaturu: iqlim normasından 4.7° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 5°-dək şaxta, dağlıq rayonlarda 8-13° şaxta, aran rayonlarında 4°-dək isti olub.

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, soyuq hava şəraiti şərq rayonlarında və Bakıda və Abşeron yarımadasında həftə sonunadək davam edəcək. Qərb rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

# 2703
avatar

Oxşar yazılar

FHN tərəfindən zəlzələ dağıntılarından 37 nəfər sağ çıxarılıb - VİDEO

FHN tərəfindən zəlzələ dağıntılarından 37 nəfər sağ çıxarılıb - VİDEO

9 fevral 2023 , 08:45
Yanvar Avropada tarixdə  ən isti   aylardan biri olub

Yanvar Avropada tarixdə ən isti aylardan biri olub

9 fevral 2023 , 01:13
Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO  - VİDEO

Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO - VİDEO

8 fevral 2023 , 22:28
FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO  - VİDEO

FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO - VİDEO

8 fevral 2023 , 21:49
Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

8 fevral 2023 , 18:58
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

8 fevral 2023 , 18:45
Adanadan 46 nəfər avtobusla Azərbaycana yola düşdü

Adanadan 46 nəfər avtobusla Azərbaycana yola düşdü

8 fevral 2023 , 18:27
Bakıda Türkiyəyə dəstək aksiyası keçirildi - VİDEO

Bakıda Türkiyəyə dəstək aksiyası keçirildi - VİDEO

8 fevral 2023 , 17:55