Qazilər ən çox hansı xəstəlikdən şikayət edir?
06 avqust 2021 13:34 (UTC +04:00)

Qazilər ən çox hansı xəstəlikdən şikayət edir?

"Vətən müharibəsinin birinci günündən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Gəncə və Masallı filiallarının, həmçinin mərkəzin Dəmiryol Səyyar klinikasının əməkdaşları hərbi və mülki yaralıları qəbul edib, müalicə və cərrahi əməliyyatlar aparıblar. Vətən müharibəsi iştirakçıları mərkəzə və filiallara müxtəlif şikayətlər ilə müraciət ediblər. Şikayətlərin xarakteri əsasən zədənin ağırlığından, genişliyindən, göstərilən birincili yardımdan, ötən vaxtdan asılı idi".

Lent.az bildirir ki, bu fikirləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov bildirib. 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, professor Elmar Qasımov

Elmar Qasımov qeyd edir ki, Vətən müharibəsi iştirakçılarının böyük qismində partlayışların mərkəzi sinir sisteminə, görmə orqanının funksiyalarına təsiri nəticəsində yaranmış şikayətlər baş ağrıları, daha çox görmənin itməsi, zəifliyi və ya kosmetik problemlərlə bağlı idi:

"Bir sıra Vətən müharibəsi iştirakçılarına birincili, ya ikincili cərrahi əməliyyatlar aparılıb. Aparılmış əməliyyatlar sırasında dəlib keçən yaraların işlənməsi, o cümlədən, gözdaxili orbitanın yad cisimlərinin (qəlpələri) xaric edilməsi, kataraktanın ekstaksiyası, vitreoretinal əməliyyatlar, buynuz qişanın keratoprotezləşdirməsi, rekonstruktiv plastik əməliyyatlar və s. daha çox olunub.

150-dən çox Vətən müharibəsi iştirakçısına İsraildən dəvət olunan mütəxəssislər ilə birgə müayinələr, plastik rekonstruktiv əməliyyatlar olunub, fərdi göz protezləri hazırlanıb.

Hərbi-Həkim Komissiyası tərəfindən 100-dən çox İkinci Qarabağ müharibə iştirakçısının sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsini həyata keçirilib".

Baş oftalmoloq bildirib ki, müharibədən sonrakı dövrdə Mərkəzin Səyyar Avtomobil klinikasının yüksək səviyyəli oftalmoloji briqadaları bir neçə rayonlarda şəhid və veteran ailələrinin üzvlərini müayinə və müalicə ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Oxşar yazılar