“Daxili işlər orqanlarının əməkdaşları toy məclislərində qəfil yoxlamalar keçirə bilər”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Lent.az-a bildirib ki, qaydaların pozulduğu restoranda bir daha toy keçirilməsi qadağan olunacaq:
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev
“Daxili İşlər Nazirliyinin əməkdaşları maraqlı deyil ki, vətəndaşların şad günlərində hər hansı narazılıq olsun. Bu səbəbdən də sahibkarlar və toy mərasimini keçirən şəxslər bütün qaydalara ciddi riayət etməlidirlər. Əgər restoranlarda keçirilən toy mərasimləri zamanı qoyulan qaydalara riayət edilməzsə, bu həmin restoranlarda növbəti dəfə toy mərasimlərinin keçirilməsinə qadağa qoyulmasına gətirib çıxara bilər. Diqqətə çatdırım ki, pandemiya şəraitində qaydalara riayət edək ki, bu kimi hallar yaşanmasın və hər hansı məhdudiyyətlərin tətbiqinə ehtiyac duyulmasın”.