Qaxda zorlanan 13 yaşlı qız nəzarətə götürüldü
28 avqust 2025 17:57 (UTC +04:00)

Qaxda zorlanan 13 yaşlı qız nəzarətə götürüldü

Qaxda bir neçə şəxs tərəfindən zorakılığa məruz qalan 13 yaşlı qız nəzarətə götürülüb.

Bu barədə Lent.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirilib. 

Qeyd olunub ki, komitə tərəfindən aidiyyəti dövlət orqanlarına rəsmi müraciət ünvanlanıb. Qax Rayon İcra Hakimiyyəti tərəfindən yetkinlik yaşına çatmayanın yaşadığı ailəyə baxış keçirilib, uşağın ümumi vəziyyəti qiymətləndirib. Hazırda uşağın vəziyyəti qənaətbəxşdir, hər hansı təxirəsalınmaz müdaxiləyə ehtiyac yoxdur və o nəzarətə götürülüb.

Xatırladaq ki, Qaxın kəndlərindən birində 13 yaşlı qız təcavüzə məruz qalıb. Hadisə ilə bağlı bir neçə nəfərin saxlanıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar