Qanunsuz balıq ovunun qarşısının alınması məqsədi ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xəzər dənizi sahilində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Lent.az məlumat verir ki, bu barədə xidmətin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib:
“Araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Vidadi Cabbarov, Xaçmaz şəhər sakini Nemət Hacıyev olduğu məlum olub.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.
B.Məhəmmədov qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində ov qaydalarını pozduqlarına görə Qusar rayon sakini Şair Bədirxanov, Ağdam şəhər sakini Natiq Əliyev, Tərtər şəhər sakini Bəhruz Qurbanov, Sumqayıt şəhər sakinləri Əlövsət Babayev və Elsevən Abdullayev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.