Qanunsuz fəaliyyət göstərən ət satışı məntəqələri aşkarlandı - SİYAHI
13 iyul 2021 10:49 (UTC +04:00)

Qanunsuz fəaliyyət göstərən ət satışı məntəqələri aşkarlandı - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iyulun 12-də keçirdiyi monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Qurumdan Lent.az-a verilən məlumata görə, nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, fiziki şəxs Abdulxalidov Anar Asif oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində yerləşən, fiziki şəxs Quliyev Əlizadə Ələkbər oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Aslanov küçəsində yerləşən, fiziki şəxs Novruzov Əlisultan Ələmşad oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Babək küçəsi ilə 10 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Çırağov Məzahir Yapon oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən, fiziki şəxs Kazımov Niyazi Rövşən oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2052
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar