Pulsuz dərman almaq üçün bu reseptiniz olmalıdır – RƏSMİ AÇIQLAMA
05 sentyabr 2024 17:10 (UTC +04:00)

Pulsuz dərman almaq üçün bu reseptiniz olmalıdır – RƏSMİ AÇIQLAMA

Apteklərdən pulsuz dərman almaq hüququ və prosesi, əksər hallarda dövlətin sosial müdafiə proqramları və sağlamlıq sığortası ilə əlaqələndirilir. Azərbaycanda da müəyyən kateqoriyaya aid insanlar dövlətin dəstəyi ilə pulsuz dərmanlardan yararlana bilərlər. Bunun üçün isə müəyyən prosedurları izləmək və lazım olan sənədləri təqdim etmək vacibdir.

Maraqlıdır, görəsən, kimlərə pulsuz dərman verilə bilər?

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2021-ci il tarixli 406 nömrəli “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında Qərarı ilə tənzimlənir.

Qərarın 2.1-ci maddəsində əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı qeyd olunub:

Əlilliyi olan şəxslər bu Qaydaya 2 nömrəli əlavədə müəyyən edilmiş “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar.

Qərarın 2.3-cü maddəsində əlilliyi olan şəxslərə dərman preparatları bu Qaydaya 1 nömrəli əlavə ilə müəyyən edilmiş “Pulsuz dərman resepti blankının forması” əsasında verildiyi qeyd olunub. Yəni pulsuz dərman almaq üçün sözügedən resept blankı forması olmalıdır. Bu resept blankı forması təsdiqləndiqdən sonra istənilən aptekdən dərman pulsuz alına bilər.

Əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə tibb müəssisəsinə müraciət etdikləri gün reseptlə təmin edilirlər.

Nəticədə pulsuz dərman almaq hüququ olan şəxslər üçün əsas məsələ müvafiq kateqoriyaya aid olmaq və lazımi sənədləri təmin etməkdir. Dövlətin sosial müdafiə proqramları və sağlamlıq sığortası vasitəsilə, insanlar ağır xəstəliklər və ya çətin həyat şəraiti zamanı pulsuz dərmanlarla təmin edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17220
avatar

Arzu Qurbanlı

Oxşar yazılar