Prokurorluq əməkdaşları Heydər Əliyevin 100 illiyinə həsr olunan konfransda iştirak etdi
28 aprel 2023 17:07 (UTC +04:00)

Prokurorluq əməkdaşları Heydər Əliyevin 100 illiyinə həsr olunan konfransda iştirak etdi

Cari il aprelin 19-da Konstitusiya Məhkəməsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfransda Baş Prokurorluğun işçiləri iştirak edib.

Konstitusiya Məhkəməsinin sədri, sədr müavini, hakimləri və məsul əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, Vəkillər Kollegiyasının sədri, Milli Məclisin deputatları, hüquq sahəsi üzrə bir sıra görkəmli alim və ictimai xadimlərin iştirak etdiyi tədbirdə Baş Prokurorluğu Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisinin müavini Günay Əyyubova və idarənin böyük prokuroru Rəfael Həsənov, həmçinin, Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli təmsil edib.

Konfransda natiqlərin “Azərbaycanda Ombudsman təsisatının yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolu”, “Heydər Əliyev Müstəqil Azərbaycan vəkilliyinin banisi kimi”, “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”, “Konstitusiyada təsbit edilmiş dəyərlərin inkişafında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu”, “Ümummilli lider Heydər Əliyev və Müstəqil Azərbaycan” və digər hüquqi mövzular üzrə çıxışları dinlənilib. 

Məruzələr zamanı dahi lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, böyük xilaskarlıq rolundan danışılıb, ölkəmizin bütün sahələrdə qazandığı uğurların Ümummilli Lider Heydər Əliyevin apardığı siyasətinin nəticəsi olduğu vurğulanıb, geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875
avatar

Oxşar yazılar