"Prava"sız sürücülərə  görə 66 nəfər öldü
16 dekabr 2025 13:11 (UTC +04:00)

"Prava"sız sürücülərə görə 66 nəfər öldü

0

Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının səbəbləri içərisində xüsusi diqqət çəkir. Təkcə cari ilin 11 ayı ərzində bu qəbildən olan 113 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 66 nəfər həlak olub, 84 nəfər isə yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərdə bildirilir ki, sözügedən qanun pozuntusunun yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilməsi isə əksər hallarda valideyn məsuliyyətsizliyindən qaynaqlanır. Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanı azyaşlı övladlarına həvalə edir, lakin uşaqlıq həvəsinin onların arzularını yarıda qoyacağını unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, eləcə də nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və belə halların aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar