Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov
11 avqust 2021 15:55 (UTC +04:00)

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov

“Peyvəndin iki dozası ömürlük immunitet yaratmır”- Təyyar Eyvazov

"İstənilən vaksin növündən üçüncü dozanın vurulmasında istifadə oluna bilər".

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, koronavirus əleyhinə vurulan peyvəndin iki dozası ömürlük immunitet yaratmır.

“Yəni zamanla öz effektini itirmiş olur. Ona görə də iki dozanı vurduran şəxslərə immun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tösiyə edilir”.

Baş infeksionist qeyd edib ki, üçüncü dozanı vurdurmaq məcburi hal deyil.

“İlk növbədə, səhiyyə işçilərinə bu dozanı vurdurmaq tövsiyə edilir. Çünki onlar daim koronaviruslu xəstələrlə təmasda olurlar. İkinci növbədə, yaşlı şəxslər, daha sonra xroniki xəstəliyi olanların bu dozanı qəbul etmələri məsləhətdir. Təbii ki, bu məcburi hal deyil. Burada heç bir iqtisadi maraq güdülməməlidir. Dünya təcrübəsi əsas götürülərək vətəndaşlara üçüncü dozanın vurulması məqsəduyğun hesab edilib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2985
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar