Pəhləvan istidən huşunu itirdi
08 iyul 2024 13:03 (UTC +04:00)

Pəhləvan istidən huşunu itirdi

Ədirnədə keçirilən 663-cü Tarixi Kırkpınar Güləşində xoşagəlməz hadisə baş verib. İsti havaya dözməyən pəhləvan güləşərkən huşunu itirib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, yarışmanın son günündə xoşagəlməz hadisə yaşanıb. Kiçik, orta və böyük boy kateqoriyasında mübarizə aparan güləşçilərdən Murat Qonca isti havaya dözməyib və güləş zamanı huşunu itirib.

Güləşçilər Sinan Yıldız və Murat Qonca kiçik, orta və böyük ölçü kateqoriyasında mübarizə aparıblar.

Qarşılaşmada rəqibinə uduzan Murat Qonca bu zaman huşunu itirib. Baş hakim Murat Orman həkimləri çəmənliyə dəvət edib. Huşunu itirən güləşçiyə tibb işçiləri müdaxilə edib.

Xərəyə qoyularaq meydandan çıxarılan güləşçi təcili yardımla Ədirnə Sultan 1. Murat Dövlət Xəstəxanasına aparılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3225
avatar

Oxşar yazılar