Pandemiyanın səbəb olduğu ACLIQ:  ŞOK STATİSTİKA
14 iyul 2021 01:15 (UTC +04:00)

Pandemiyanın səbəb olduğu ACLIQ: ŞOK STATİSTİKA

Pandemiya başlayandan bəri dünyada ac insanların sayı artıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bununla bağlı məlumat Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı rəsmi veb saytında yerləşdirilib.

Sənddə qeyd edilir ki, 2020-ci ildə aclıq problemi kəskin şəkildə artıb. Bunun əsas cəbəbi COVID-19 pandemiyasıdır. 

Beləliklə, keçən il dünya əhalisinin təxminən onda biri - 811 milyona qədər insan qidalanma çatışmazlığından əziyyət çəkib. 2019-cu ildə isə bu göstərici dünyanın ümumi əhalisinin 8,4 faizini təşkil edib. 

Aclıqdan əziyyət çəkənlərin 418 milyon nəfəri Asiyada, 282 milyonu Afrikada yaşayır. Digər 60 milyon Latın Amerikası və Karib dənizində yaşayanların payıba düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

Oxşar yazılar