Taksi fəaliyyəti üçün hər biri 7 il müddətinə olmaqla buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək.
Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanunda əksini tapıb.
Qanuna əsasən, buraxılış kartı avtomobilə, buraxılış vəsiqəsi isə şəxsin özünə veriləcək. Hər iki sənədi alandan sonra artıq şəxs taksi sürücüsü iki cür fəaliyyət göstərə biləcək. Belə ki, bu sənədlərlə sürücü həm özü fərdi qaydada, həm də hansısa şirkətlərin proqram təminatından istifadə edəcək.