Ötən il Azərbaycanda 8 erkən nikah faktı aşkarlanıb
02 fevral 2021 18:16 (UTC +04:00)

Ötən il Azərbaycanda 8 erkən nikah faktı aşkarlanıb

Ötən il Azərbaycanda 8 erkən nikah, 4 yaxın qohumlar arasında nikah faktı aşkar edilib.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın icrası üçün göstərilən orqanlar (qurumlar) tərəfindən 2020-ci ilin  iyul-dekabr ayları ərzində görülmüş işlər barədə daxil olan məlumatlara əsasən hazırlanan cədvəldə əksini tapıb.

2020-ci il ərzində Astara rayon ərazisində 1 erkən nikah halı qeydə alınıb, bununla bağlı lazimi tədbirlər görülüb.

Həmçinin Qax rayon İcra Hakimiyyəti ilə Rayon Qeydiyyat şöbəsi müvafiq sahədə müəyyən işlər görülüb. Belə ki, ailənin və nikahın əhəmiyyəti, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri, bu nikahların gənclərin həyat və sağlamlığına, ailə münasibətlərinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri ilə bağlı rayon üzrə erkən nikahda yaşayan yetkinlik yaşına çatmayanlar və onların valideynləri ilə ayrı-ayrı vaxtlarda Qeydiyyat şöbəsinin inzibati binasında və onlayn qaydada 6 maarifləndirmə tədbiri həyata keçirilib. Rayon üzrə erkən yaşda nikah münasibətlərində olan 6 ailə aşkar olunub. Həmin ailələrlə müvafiq iş aparılıb.

Bildirilib ki, Saatlı rayonunda 2020-ci ərzində 1 erkən nikaha daxil olma faktı müəyyən edilib.

Cədvələ əsasən, Yardımlıda 2020-ci ildə qeydə alınan 218 nikahdan dördü yaxın qohumlar arasında bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04