Omicron ştamı artıq 100-ə yaxın ölkədə geniş yayılıb.
Lent.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev bildirib.
O qeyd edib ki, bu məsələ diqqət mərkəzindədir.
“Bu gün Azərbaycanda Omicron ştamına yoluxma qeydə alınmayıb”, - T. Musayev qeyd edib.