""COVID-19"u törədən SARS2 virusu RNT daşıyıcı virusu olduğu üçün mutasiyaya uğramaq qabiliyyətinə malikdir. Prosesin bu qədər uzanmasının da əsas səbəbi budur".
Bu sözləri Lent.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, artıq virus çox yayılıb və xeyli insan da buna yoluxub. Peyvəndləmə və yoluxan insanlarda yaranan immunitetə görə, tədricən koronavirusun sona çatması gözlənilir:
“Hazırda virusun 2022-ci ilin əvvəlinə daşınmasını müşahidə edirik. Çünki “Omicron” ştammı yayılır. Amma bu ştamm nə qədər yoluxdurucu olsa da, prosesin getdikcə yavaşıması və tədricən azalması müşahidə edilir. Bu həm də Dünya Səhiyyə Təşkilatının mötəbər xəstəliklərlə izoliyasiya və proflaktika mərkəzklərinin rəyinə əsasən gəldiyim nəticədir”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov isə bildirir ki, pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştammk - “omicron” peyda olub və hamı narahatdır:
“İlkin mülahizələrə görə, yeni ştamm daha sürətlə yayıla, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir. Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcək. Qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər”.