Ombudsmanın atası VƏFAT ETDİ
08 dekabr 2023 18:44 (UTC +04:00)

Ombudsmanın atası VƏFAT ETDİ

Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev vəfat edib. 

Lent.az xəbər verir ki, Yaşar Əliyev 75 yaşında vəfat edib. 

Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.

Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Xatırladaq ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6765
avatar

Oxşar yazılar