Obyektləri sökülən  sabiq deputat niyə məhkəməyə getmir? – ÖZÜ AÇIQLADI
04 fevral 2026 15:37 (UTC +04:00)

Obyektləri sökülən sabiq deputat niyə məhkəməyə getmir? – ÖZÜ AÇIQLADI

0

Sabiq deputat Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsindəki obyektlərinin sifariş əsasında söküntüsünə başlanıldığı ilə bağlı xəbərlər yayılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə obyektlərin söküntüsü Q.Salahzadənin qonşuya yol verməməsinə görə olub.

Lent.az-a danışan sabiq deputat vurğulayıb ki, ona məxsus olan obyektlər 20-30 ildir həmin ərazidədir:

“30 ildir tikinti həmin yerdədir. Necə ola bilər ki, indi qonşuya yol verilməsin? Həmin qonşuluqdakı bağ tanınmış bir adama məxsusdur. Qonşu gərək gedib şikayət eləsin? Problem varsa, mənə desin”.

Q.Salahzadə obyektlərinin söküntüsü ilə bağlı məhkəməyə müraciət edib-etməməsi ilə bağlı da danışıb:

“Mən ömrümdə məhkəməyə müraciət eləməmişəm. Heç eləmək fikrim də yoxdur. Məsələ ictimailəşib, indi hüquq mühafizə orqanları onunla məşğul olsunlar, Sabunçu rayon icra hakimi Adil Vəliyevdən soruşsunlar”.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək üçün Sabunçu rayon İcra Hakimiyyətinə də sorğu ünvanlamışıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar