Nəqliyyatı Əlaqələndirmə Şurası yaradıldı
19 aprel 2023 18:21 (UTC +04:00)

Nəqliyyatı Əlaqələndirmə Şurası yaradıldı

Nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə aşağıdakı tərkibdə Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Şuranın sədri

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri

Şuranın üzvləri:

Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

Daxili işlər nazirinin müavini

Ekologiya və təbii sərvətlər nazirinin müavini

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri.

Nazirlər Kabineti bir ay müddətində Şuranın Əsasnamə layihəsi ilə bağlı təkliflərini, eyni zamanda Şuranın yaradılması ilə bağlı nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Oxşar yazılar