"Nə maşın, nə də əlil arabası keçə bilir" - İlkin Həsəni yollardan yazdı
07 iyun 2023 12:00 (UTC +04:00)

"Nə maşın, nə də əlil arabası keçə bilir" - İlkin Həsəni yollardan yazdı

"Sizə danışım Süleyman Vəzirov küçəsindən. Artıq neçə ildir bu ərazidə yaşayıram. Bura Xətai Rayon İcra Hakimiyyətinin binasının düz arxasında piyadalar üçün olan səkidir və illərdir belə bir vəziyyətdədir”. 

Lent.az xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni “insragram” səhifəsində bildirib. 

Aparıcı piyadalar üçün səkilərin vəziyyətinin ürəkaçan olmamasından danışıb:

“Təsəvvür edin ki, icra hakimiyyəti binasının arxasında əgər yol belə bərbad vəziyyətdədirsə, görün, rayonun digər yerlərində vəziyyət necədir. Nə maşın, nə piyada, nə uşaq, nə də əlil arabası keçə bilir, heç kim. Avtomobil Yolları Dövlət Agentliyi, nəzərinizə çatdırım ki, Bakı şəhəri təkcə Neftçilər prospektindən ibarət deyil. Bakı şəhərinin digər küçələri də var. Eləcə də Süleyman Vəzirov küçəsi. Bu küçəni axırıncı dəfə nə vaxt xətləmisiniz? Baxın, qarşıda piyada keçidi var. Keçidin yalnız nişanları var. Bura piyada keçididir, amma xətti yoxdur. Gedirik qarşıya, ortada da xətt yoxdur. Yalnız bu təmir olunanda xətt çəkilib, ondan sonra yox".

# 1677
avatar

Arzu Qurbanlı

Oxşar yazılar