“Magistral yollarda tıxaclar çoxdur. Orada baş verən hadisələri aradan qaldırmaq üçün biz xüsusi motosikletlər almışıq və onlar bir neçə ildir fəaliyyət göstərirlər”.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Fövqəladə hallar naziri qeyd edib ki, həmin motosikletlərdə bütün xilasetmə cihazları var.
Kəmaləddin Heydərov FHN-in ilkin tibbi yardım göstərən sertifikatlı motosiklet sürücülərinin olduğunu da diqqətə çatdırıb.