Lent.az yeni nazirin dosyesini təqdim edir:
Yeni nazir Şahin Mirzəyev 1968-ci il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Texniki Universitetində alıb.
Şahin Mirzəyev bu təyinatadək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini çalışıb. O, Şimal bölgəsindəki meşə yanğınları, Tufandağda itkin düşən alpinistlərin axtarışları və digər hadisələrlə bağlı axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edib.
Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.