Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.
Onun yerinə artıq təyinat olub.
Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.
Yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.