Vəli Ələsgərov
11 dekabr 2021 12:52 (UTC +04:00)

Vəli Ələsgərov

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov vəfat etməyib - RƏSMİ  - VİDEO

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun həbsdə vəfat etməsi barədə məlumatın əsassız olduğu üzə çıxıb.

Lent.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir müddət əvvəl dünyasını dəyişmiş Zakir İsmayılovla bağlı yaydığı məlumatdan aydın olur ki, V.Ələsgərov vəfat etməyib, hazırda həbsdədir.

"Naxçıvan MR DTX-nin məlumatında bildirilir ki, Z.İsmayılov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin razılığı və Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun (hazırda həbsdə olan) təqdimatı əsasında xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə ezam olunub: 

"Zakir İsmayılov 2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi kimi təqaüdə çıxmış və 2018-ci ildə həbs olunmuşdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5505
avatar

Oxşar yazılar