“Karantin rejimini pozan sürücülər müxtəlif vəzifə sahibləridir”,
Bu sözləri Lent.az-a karantin rejimini pozan avtomobillərdən danışan Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, cərimələnən sürücülərin yalnız ad və soyadı qeyd olunduğu üçün onların vəzifələrini dəqiq müəyyən etmək mümkün deyil:
“Eyni yol hərəkət iştirakçısının karantin qaydalarını tərkar pozduğunu müəyyən etmək mümkün deyil. Çünki gündəlik saxlanılıb cərimə edilənlər çoxdur. Taksi fəaliyyəti ilə məşğul olanlar və fərdi avtomobil sahibləri arasında da icazəsiz evdən çıxaraq karantin rejiminə riayət etməyənlər olur. Onların hansı vəzifədə çalışdıqları, hansı fəaliyyətlə məşğul olduqları qeyd olunmur. Yalnız ad və soyadları qeydə alınır. Ancaq bildiyimə görə, həmin sürücülər arasında istənilən peşə sahibləri, ayrı-ayrı müəssisələrdə işləyənlər də var”.