Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladığı bəyanatda yer alan bəndlərdən biri Zəngilandan Naxçıvan quru yolun bərpa olunması idi.
Lent.az xəbər verir ki, artıq sözügedən yolun nişanları yerləşdirilib. Plakatda yolun başlanğıcına yolun istiqaməti Mincivan, Mehri və Naxçıvan olaraq göstərilib.