Avqustun 5-i Kəlbəcər rayonunda, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan leytenant Əliyev Babək Əsgər oğlu nişanlıymış.
Bu barədə Lent.az-a şəhidin dostları məlumat veriblər.
Babək Əliyev 1997-ci ildə Naxçıvan MR-in Ləkətağ kəndində anadan olub. 3 bacının yeganə qardaşı olan Babək Əliyev hərbi akademiyanı bitirdikdən sonra 2020-ci ildən bölük komandiri kimi xidmət göstərib. O, dostlarının yanında mərd, vətənprəvər, işini sevən bir insan kimi qalıb.