Bakı metrosunun "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarında texniki nasazlıq səbəbilə "Nizami" stansiyasında sərnişinlər düşürülüb.
Bu barədə Lent.az-a “Bakı metropoliteni” QSC-dən məlumat verilib.
Məlumata görə, texniki baxış üçün qatar depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib.