Metronun "İçərişəhər" stansiyasında texniki nasazlıq yaranıb.
Bakı Metropolitenin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu səbəbdən qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb.
Bundan sonra xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.