Mətbuat Şurasının sədri Əflatun Amaşov “APA Group”a daxil olan Lent.az saytının redaktoru, tanınmış jurnalist Azər Hüseynbalaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Bu gün çağdaş jurnalistikamızın zəhmətkeş nümayəndələrindən olan Azər Hüseynbalanın 60 yaşı tamam olur. Onu səmimi qəlbdən təbrik edirəm.
Azər müstəqillik illərində söz sənətimizdə formalaşmış nəslin peşəkarlarındandır. Jurnalistikaya sadiqliyi ilə seçilən istedadlı qələm sahibi kimi tanınmaqdadır. Həm istedadı, həm də şəxsi keyfiyyətləri ilə peşəyə və özünə hörmət qazandırmağı bacarıb.
Həmişə xoş xatirələrlə yada saldığım Azər Hüseynbalanı ömrünün əlamətdar təqvim günü - 60 illik yubileyi münasibətilə bir daha təbrik edirəm. Ona uzun ömür, möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıram!”
“APA Group” olaraq, biz də həmkarımız və əməkdaşımız Azər Hüseynbalanı 60 illik yubileyi münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzu edirik.