Maştağanın "Venesiya"sı -  FOTO
15 noyabr 2022 18:12 (UTC +04:00)

Maştağanın "Venesiya"sı - FOTO

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan sakinlər yolların bərbad olmasından şikayətçidir. 

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova da “Facebook” səhifəsində paylaşıb edib.

O bildirib ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivindəki yollar bərbad gündədir.

Fəridə Aslanovanın sözlərinə görə, həmin əraziyə nə avtobus xətti çəkilib, nə də yollar bərpa edilib:

“Yağış yağan kimi bütün küçə su altında qalır. İnsanlar yolu keçmək üçün ayaqlarına sellofan torba keçirirlər”.

Maraqlıdır, bu əraziyə aidiyyatı qurumlar niyə diqqət yetirmirlər?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, həmin ərazidə yolun indiyə qədər niyə təmir olunmamasına agentlik məsuliyyət daşımır. 

Onun sözlərinə görə, çünki həmin ərazi agentliyin balansında deyil:

“Amma Bakı şəhərinin 60 qəsəbəsi üzrə investisiya proqramları çərçivəsində 2 min kilometrdən çox küçə və yolun təmiri nəzərdə tutulur. Bu istiqamətdə investisiya proqramlarına uyğun olaraq agentlik mərhələli şəkildə işlər aparır”.

Savalan yaşayış massivindəki problemlə bağlı Maştağa bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə nümayəndəsi bildirdi ki, həmin əraziyə baxılması üçün sakinlər ərizə verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Arzu Qurbanlı

Oxşar yazılar