İspaniyanın Səhiyyə Nazirliyi ölkə vətəndaşlarının tütün məmulatlarının istehlakı ilə mübarizə üçün yeni kompleks plan hazırlayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, səylər koronavirusun yayılmasının qarşısını almağa yönəldiyi üçün hökumət siqaret əleyhinə tədbirlərin həyata keçirilməsini təxirə salıb. Səhiyyə Nazirliyinin yeni planına əsasən, ispanlara avtomobillərdə siqaret çəkmək qadağan olunacaq.
Qeyd olunur ki, 2023-cü ilə qədər İspaniya hakimiyyəti tütün tüstüsündən və elektron siqaretdən təmizlənmiş daha çox zona yaratmağı planlaşdırır. Siqaretlə mübarizə tədbirləri sırasında tütün məmulatlarına vergilərin artırılması da göstərilir.