Yaxın günlərdə Yer kürəsi daha bir geomaqnit pozuntu dalğası ilə üzləşəcək. NOAA, ESA SWE və SpaceWeather proqnozlarına görə, noyabrın 17-21-də qeyri-sabit günəş aktivliyi gözlənilir ki, bu da insan rifahına və texnologiyanın fəaliyyətinə təsir göstərə bilər.
Lent.az həftə boyu gözlənilən maqnit qasırğaları ilə bağlı proqnozu təqdim edir.
17 noyabr, bazar ertəsi – mülayim aktivlik, mümkün G1 qasırğaları (Kr 4-5).
18 noyabr, çərşənbə axşamı – G1-G2 qasırğaları (Kr 5-6) gözlənilir, ən çox günortadan sonra nəzərə çarpacaq.
19 noyabr, çərşənbə – mülayim G1 qasırğası (Kr 4-5), günortadan sonra aktivlik tədricən azalacaq.
20 noybar, cümə axşamı – nisbətən sakit hava şəraiti, kiçik dalğalanmalar proqnozlaşdırılır.
21 noyabr, cümə – orta maqnit qasırğasına uyğun olaraq Kp 4 səviyyəsində qalıq impulslar.