Leysan və qar yağıb - GÜNÜN HAVASI
03 dekabr 2024 10:10 (UTC +04:00)

Leysan və qar yağıb - GÜNÜN HAVASI

Dekabrın 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi şərq rayonlarında leysan xarakterlidir.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 13, Mərkəzi Aran bölgəsində 33 mm, Lənkəran-Astara bölgəsində 16, Qazax-Gəncə bölgəsində 3, Qarabağ və Şərqi Zəngəzurda eyni zamanda, Balakən-Şəki zonasında 2, Quba-Qusar zonasında 1 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Daşkəsəndə 2, Xınalıq, Xaltan, Göygöl, Gədəbəydə 1 sm olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qəbələ, Qusar, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3144

Oxşar yazılar

Qurbanlıq alarkən diqqətli olun: Ölümcül  xəstəlik riski

Qurbanlıq alarkən diqqətli olun: Ölümcül xəstəlik riski

3 iyun 2025 , 09:50
Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı  olacaq

Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı olacaq

3 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 iyun 2025 , 08:24
Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na  düşəcək

Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na düşəcək

3 iyun 2025 , 00:02
"Azercell"dən TARİF AÇIQLAMASI

"Azercell"dən TARİF AÇIQLAMASI

2 iyun 2025 , 23:27
Sosial şəbəkələrin  gizli faydası AÇIQLANDI

Sosial şəbəkələrin gizli faydası AÇIQLANDI

2 iyun 2025 , 19:46
İyun ayı 3 BÜRC üçün çox uğurlu  olacaq

İyun ayı 3 BÜRC üçün çox uğurlu olacaq

2 iyun 2025 , 18:40
Güclü leysan, sulu qar yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Güclü leysan, sulu qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

2 iyun 2025 , 17:45