Əlcək geyinən zaman bunları etmək olmaz - Həkim
22 aprel 2020 09:17 (UTC +04:00)

Əlcək geyinən zaman bunları etmək olmaz - Həkim

Koronavirus pandemiyası dövründə bir çoxları iş yerlərində, küçədə, ictimai nəqliyyatda rezin əlcəklərdən istifadə edirlər. Mütəxəssislər bunu birmənalı qarşılamırlar.

e-tibb.az xəbər verir ki, nevroloq, uzman həkim Nailə Ələkbərova bildirib ki, əslində əlcəklər mikrobları daha çox saxlaya bilir: “Koronavirusa yoluxmamaq üçün bir çox iş yerlərində və küçələrdə insanların rezin əlcəklər geyindiyini görürəm. Bu əlcəklər mikrobları daha uzun müddət saxlayır. Əgər əlinizdə yara, kəsik varsa, yəni dəri tamlığı pozulubsa, o zaman əlcək geyinməniz məsləhətdir. Amma bilin ki, əlcəkli əllərinizi üzə, saça toxundurmaq olmaz və icra etdiyiniz işdən sonra çıxarıb atmalısınız. Yəni əlcəkləri tez-tez dəyişməlisiniz. Əlləriniz sağlamdırsa, infeksiyadan qorunmaq üçün ən doğrusu əllərinizi 40-60 saniyə müddətində sabunla yumağınızdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130
avatar

Oxşar yazılar