küçəyə atılan uşaq
22 iyul 2021 15:04 (UTC +04:00)

küçəyə atılan uşaq

Küçəyə atılan uşaq nəzarətə götürüldü - RƏSMİ - YENİLƏNİB

"Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldır".

Lent.az məlumat verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. O qeyd edib ki, körpə qurumun nəzarətindədir:

"Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə olunur və bütün lazımi tədbirlər də görülür".

13:34

Azərbaycanda körpə küçəyə atılıb.

Lent.az məlumat verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, yeni doğulmuş oğlan uşağı Ağcabədidə küçəyə atılıb:

"Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır".

Xatırladaq ki, bundan əvvəl küçəyə atılan uşaqlardan biri Sumqayıtda zibil qutusundan, digəri isə Ucarda köhnə tikilidən tapılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5430
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar