Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 069 yeni yoluxma faktı qeydə alınıb, 1 180 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 391 506 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 345 783 nəfər müalicə olunaraq sağalıb, 5 308 nəfər vəfat edib, aktiv xəstə sayı 40 415 nəfərdir.
Ölkədə son sutka ərzində 14 976, hazırkı dövrədək isə 4 319 841 test aparılıb.