Koronavirusla bağlı son  STATİSTİKA
05 iyul 2021 09:38 (UTC +04:00)

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 184 573 165 nəfərə çatıb.

Lent.az “Worldometers” saytına istinadən xəbər verir ki, koronavirusdan 3 993 577 xəstə ölüb, 168 921 359 nəfər sağalıb.

Xatırladaq ki, Azərbaycanda indiyədək ölkədə ümumilikdə 336 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan  330 433 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1 006 nəfərdir.

# 1173
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar