Koronavirusdan ölənlərin sayı 34 nəfər artdı –  SON STATİSTİKA
20 aprel 2021 16:32 (UTC +04:00)

Koronavirusdan ölənlərin sayı 34 nəfər artdı – SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib, aktiv xəstə sayı 32170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, ötən müddət ərzində isə ümumilikdə 3 128 656 test aparılıb.

# 2973
avatar

Oxşar yazılar