Koronavirusdan 17 nəfər öldü -  SON STATİSTİKA
16 avqust 2021 16:31 (UTC +04:00)

Koronavirusdan 17 nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1851 yeni yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 369 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339 327 nəfər müalicə olunaraq sağalıb, 5 170 nəfər vəfat edib. 25 356 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 695, bu günə qədər isə ümumilikdə 4 220 135 test icra olunub.c

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2499
avatar

Oxşar yazılar