Kirayə müqaviləsi necə bağlanır? - CAVAB
02 iyun 2025 11:24 (UTC +04:00)

Kirayə müqaviləsi necə bağlanır? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual kirayə müqaviləsi və onun rüsumu ilə bağlıdır.

Mənzil kirayə verən şəxslərin ən çox yaşadığı problemlər kirayəçi tərəfindən mülkə dəyən zərər və bunun qarşılanmamasıdır. Kirayə müqaviləsi olmadıqda isə bu problemi hüquqi müstəvidə demək olar ki, həll etmək mümkünsüz olur.

Bəs kirayə müqaviləsini harada və necə bağlamaq olar?

Lent.az xəbər verir ki, yaşayış sahəsinin kirayə verilməsi üçün bir sıra sənədlər lazımdır:

Burada əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti, mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi, daşınmaz əmlakın kirayəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı, yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış lazımdır.

Müqavilə bağlananda bu şəxslər iştirak etməlidirlər

Müqavilə üçün kirаyəyə vеrən və kirayəçi iştirak etməlidir. Əgər özləri gələ bilmirlərsə, o zaman onların nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа nümаyəndəsi olmalıdır.

Müqavilə üçün bu qədər rüsum ödənilir

Müqavilənin bağlanması üçün 35 manat dövlət rüsumu, xidmətə görə isə 5,25 manat rüsum ödənilməldir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112

Oxşar yazılar