“Bazarlarda yanğınlar adi texniki səbəblərdən baş verir“.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Fövqəladə hallar naziri iş adamlarını, mülkiyyətində obyektlər olanları, icarədarları yanğın təhlükəsizliyi ilə bağlı diaqnostikaya çağırıb: “Fəaliyyətlərini qanunvericiliyə uyğun qursalar, nə obyekt, nə mal sahibləri ziyan çəkər, nə də müvafiq sığorta ödənişi alınar”.