Kafelərdə  canlı musiqilər   dayandırılıb?
15 sentyabr 2022 13:09 (UTC +04:00)

Kafelərdə canlı musiqilər dayandırılıb?

Bakıda yaşayanlar əksər kafe və restoranlara canlı musiqi dinləmək üçün gedirlər. Hər gün tanınmış iaşə obyektlərinin yanından keçəndə müxtəlif janrlarda musiqilər eşidirik. Bəs, cəbhədə baş verənlərdən sonra necə? Canlı musiqilər hələ də səsləndirilir? 

Bununla bağlı Lent.az-ın əməkdaşı bu məkanlarda müşahidə aparıb.

Dövlət sərhədimizdə düşmən təxribatı nəticəsində şəhid olanların əziz xatirəsinə hörmət əlaməti olaraq, şəhərin bir çox iaşə obyektlərində canlı musiqilər dayandırılıb. Məsələn, “Ajda”, “Boranı”, “Mado”, “Kolorit” kimi kafe və restoranlarda, “1984”, “Old room”, “Sky”, “CraZzy Bear” kimi pablarda ənənəvi musiqilər səsləndirilmir.

“6:45 Kaybedenler Kulübü” adlı məkanın işçisi bildirdi ki, bu günlərdə bütün canlı musiqi verilən məkanlarda proqramlar təxirə salınıb. Yəni, doğrudan da, insanların səs-küyünü, çəngəl-bıçaq səslərini və böyükdən-kiçiyəcən cəbhədəki vəziyyəti müzakirə edənlərin danışıqlarını eşidə bildik. 

Tanınmış barlardan birinin çölündə dayanıb siqaret çəkən işçi deyir ki, zirzəmidə fəaliyyət göstərən gecə klublarında, ya da pivəxanalarda musiqi zəif səsdə verilir. 

Bundan başqa, keçidlərdə, künc-bucaqda ifa edib pul qazananlar da gözə dəymir. 

Qeyd edək ki, sentyabrın 12-dən 13-ə keçən gecədən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə Azərbaycan Orudusu 71 şəhid verib. 

Allah bütün şəhidlərimizə rəhmət etsin!


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3087
avatar

Nigar Namiq

Oxşar yazılar