İstirahət hüququnu pozanlara  XƏBƏRDARLIQ:   sərt tədbirlər görüləcək -VİDEO
18 iyun 2025 19:02 (UTC +04:00)

İstirahət hüququnu pozanlara XƏBƏRDARLIQ: sərt tədbirlər görüləcək -VİDEO

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

Lent.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallar aşkar olunduqda ərazi polis orqanında tədbirlər görülür. Həmçinin, gecə saat 00:00-dan sonra yaşayış məntəqələrindəki yollarda hərəkətdə olan zaman avtomobildə yüksək səslə musiqiyə qulaq asmaq, tez-tez səs siqnalından istifadə etmək də qanunla qadağandır. Bu cür hallara yol verilməsi ictimai asayiş pozuntusudur və nəqliyyat vasitəsinin saxlanılmasına qanuni əsas yaradır.

Bir daha qeyd edək ki, məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Xəbərdarlıqlara baxmayaraq belə hallara təkrar yol verən şəxslər barəsində daha sərt tədbirlərin görüləcəyi nəzərdə tutulur", - məlumatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar