İstifadəyə  yararsız ətin   SATILMASINA imkan verilmədi
15 may 2023 12:30 (UTC +04:00)

İstifadəyə yararsız ətin SATILMASINA imkan verilmədi

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Gəncə şəhər ərazisində keçirilən reyd zamanı Allaverdiyev Keyti Məhəmmədəli oğluna məxsus “Chevorlet Niva” markalı 32-BH-549 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində baytarlıq-sanitariya ekspertizasından keçirilməyən, kəskin qoxuya malik 1 baş (93 kq) ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb.

AQTA-dan Lent.az-a verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində istehlaka yarasız ət məhsulunun satış məqsədilə Daşkəsən rayonundan gətirildiyi məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1689
avatar

Fidan İlqar

Oxşar yazılar