İsti hava və günəş  dərmanlarınızın təsirini   necə dəyişir?
30 iyul 2025 13:19 (UTC +04:00)

İsti hava və günəş dərmanlarınızın təsirini necə dəyişir?

İsti hava yalnız sizin halınıza deyil, həm də həyati vacib dərmanlarınıza düşmən ola bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, yay havası bəzi dərmanların təsirini zəiflədə və hətta onları təhlükəli edə bilər.

Xüsusilə xroniki xəstəlikləri olan insanlar diqqətli olmalıdır – bəzi dərmanlar kritik anlarda effekt verməyə bilər və ya istiyə bağlı riskləri artıra bilər. Avropada qeyri-adi isti hava dalğası zamanı Britaniya tənzimləyicisi MHRA vətəndaşlara dərmanların istifadəsində ehtiyatlı olmağı tövsiyə edib. Çünki bir çox dərmanlar +25°C-dən yüksək temperaturda saxlandıqda təsirini itirir.

Bunlara aiddir:

İnsulin

İnhalyatorlar

Hormon plastirləri

Sidikqovucular (diuretiklər)

Antidepressantlar

Antipsixotiklər

Glucometer test zolaqları

Daha təhlükəli olan isə – əlavə təsirlərdir

Bəzi dərmanlar susuzluğu hiss etmə qabiliyyətini azaldır (məsələn, AÇF inhibitorları), digərləri bədəni susuzlaşdırır (diuretiklər), bədən temperaturunu artırır və ya dərini günəşə qarşı həssaslaşdırır. Xüsusilə, metotreksat və bəzi antibiotiklər, günəş altında cəmi bir neçə dəqiqə qalmaqla belə şiddətli yanıqlara səbəb ola bilər.

Mütəxəssislərin tövsiyələri:

Dərmanları günəşdən uzaq, sərin yerdə saxlayın

Rəngi və konsistensiyasını yoxlayın – dəyişibsə, istifadə etməyin

Bədəni həddindən artıq qızdırmaqdan qaçın, yetərincə su için

Halınızda pisləşmə olarsa, dərhal həkimlə məsləhətləşin

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar